Moskvada elektrik stansiyasında dron hücumu nəticəsində başlayan yanğın söndürülüb

Baş səhifə

Moskva vilayətində yerləşən Şatura Dövlət Rayon Elektrik Stansiyasında dron hücumundan sonra baş verən yanğın söndürülüb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Anrey Vorobyov bildirib.

Hazırda stansiyada soyutma işləri aparılır və nəticələrin Moskva vaxtı ilə saat 17:00-a qədər tam aradan qaldırılması planlaşdırılır.

Qeyd edək ki, ötən gecə Moskva yaxınlığındakı Şatura Rayon Elektrik Stansiyasına PUA hücumu olub. Nəticədə pilotsuz 1500 MVt gücündə olan istilik elektrik stansiyasının transformatorunda güclü yanğın baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir