
Bakı. Trend:
Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX
əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür.
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol
Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Bakı–Qazax yolunun 104-cü kilometrində, Bakı
istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın
aradan qaldırılması istiqamətində zəruri bütün tədbirlər
görülür.
Qeyd olunan yol sahəsinə əlavə naryad qruplarl ayrılıb. YPX
əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin
edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

