Misli Premyer Liqasında XII tura yekun vurulub

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XII tura yekun vurulub.

Trend xəbər verir ki, son
oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında “Sabah” evdə “Şamaxı”nı qəbul edib. Görüşdə
qapılara qol vurulmayıb.




Turun bağlanış oyununda isə “Neftçi” öz meydanında “İmişli” ilə
qarşılaşıb və gözlənilmədən rəqibinə uduzub – 2:3.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Karvan-Yevlax”a
2:1, “Qarabağ” “Sumqayıt”a 4:2, “Zirə” “Qəbələ”yə 1:0 hesabı ilə
qalib gəlib, “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında isə heç-heçə
qeydə alınıb – 1:1.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir