Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Baş səhifə

Bakı. Trend:

Hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20
km/saat endirilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.




Qeyd olunub ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında
dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi
qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri
xahiş edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir