Yasamalda yanğın səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunanların vəziyyəti açıqlanıb – YENİLƏNİB

Baş səhifə

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib.

***
22.11.2025
10:18

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.

Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, dünən axşam 19:50 radələrində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib. Yanğın zamanı 3 nəfər həyatını itirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir