Ukrayna Rusiyanın mövqelərini darmadağın etdi – ANBAAAN GÖRÜNTÜLƏR

Baş səhifə

Ukrayna ordusu Pokrovsk və Donetskdə Rusiyanın əsas mövqelərinə, silah-sursat anbarlarına zərbələr endirib.

Modern.az xəbər verir ki, bu haqda Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində Rusiya ordusu əhəmiyyətli itkilər verib.

O da qeyd edilib ki, xüsusi əməliyyatlar “Middle strike” dronları ilə həyata keçirilib.

Hədəf Rusiya qoşunlarının istehkamları, aktiv yük trafiki ilə hərbi bazaya çevrilən keçmiş istehsal və anbar binaları olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir