
Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkü təhqir edən xanım siyasətçi partiya sıralarından xaric olunub.
Metbuat.az xəbər verir ki, AKP-nin İzmir şöbəsində çalışan Serap Erganinin sosial şəbəkə hesabında böyük Atatürkü təhqir etməsi ona baha başa gəlib. Serap Ergani AKP İzmir şöbəsinin qərarı ilə yerli təşkilatda tutduğu vəzifədən azad olunub və partiya sıralarından xaric edilib.
AKP İzmir şöbəsi qadın təşkilatının sədri Emel Daşkıran keçmiş partiyadaşının hərəkətini qınayıb. O, “Atatürkə qarşı bu çirkin iftiranın müəllifi olan şəxslə iplərimizi qopardıq”, – deyə mətbuata açıqlamasında bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

