Yanan binanın təxliyə qapısı bağlı olub? – FHN-dən açıqlama

Baş səhifə

Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı təxliyə qapısının bağlı olması haqda iddialar yayılıb.

Modern.az xəbər verir ki, məsələ ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev sözügedən məsələ ilə bağlı “Real TV”yə açıqlama verib:

“Həmin qapı müvafiq texniki sənədlərdə qeyri-yaşayış sahəsinə aid təsbit olunub. Qanunla da qeyri-yaşayış sahələri yaşayış sahələrindən təcrid olunmalıdır. Yəni, həmin qapı, təxliyə qapısı hesab olunmur. Qapının bağlı olması da tikinti normalarının tələbini formalaşırır”.

Xidmət rəsmisi baş vermiş faciə ilə bağlı irəli sürülən digər iddiaya, quraşdırılmış elektrik şarj aparatları ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, FHN bu avadanlıqların quraşdırılmasında rəy və icazə verən orqan deyil.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir