
Bakı. Trend:
Ukrayna ilə bağlı danışıqlar çətin keçir.
Trend-in
məlumatına görə, bu barədə Almaniya kansleri Fridrix Merts
bildirilib.
Amlaniya kansleri ən azı atəşkəsə nail olmaq üçün mövqe barədə
razılığa gələ biləcəklərinə ümid etdiyini deyib.
“Eşitdiyimə görə, bunlar olduqca çətin danışıqlardır, çünki indi
ciddi vaxt sıxıntısı şəraitində söhbət ən azı atəşkəsin mümkün
qədər tez əldə edilməsindən gedir”, – deyə F.Merts “ProSieben” və “Sat1” televiziya kanallarına müsahibəsində qeyd edib. F. Merts
hesab edir ki, atəşkəs razılaşması Rusiya ilə əsaslı dialoqun
başlamasına imkan verəcək.
“DPA” xəbər agentliyinin Avropa İttifaqındakı mənbələri də
danışıqları “çox çətin” adlandırıblar. Onların məlumatına görə, ABŞ
Ukrayna tərəfi ilə görüş zamanı Kiyev nümayəndələrinə əhəmiyyətli
dərəcədə təzyiq göstərib.

