“Qarabağ” “Napoli” ilə oyun üçün İtaliyada –

Baş səhifə

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Napoli”nin qonağı olacaq “Qarabağ” İtaliyaya çatıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu sabah oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Ona Tomaş Listkieviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Mik yerinə yetirəcək. VAR hakimi niderlandlı Pol van Bokel, onun köməkçisi isə xorvatiyalı İvan Bebek olacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir