
Ukraynanın Xarkov şəhəri Rusiyanın zərbə dronlarının hücumuna məruz qalıb.
APA xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat yayıb.
Xarkovun meri əlavə edib ki, düşmən dronu şəhərdəki fərdi yaşayış evlərindən birinə düşüb.
Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, düşmən PUA-sı Saltovsk rayonuna düşüb.
Zərərçəkənlər və dağıntıların miqyası barədə məlumat yoxdur.
Monitorinq kanallarının məlumatına əsasən, 20-dən çox “Geran-2” tipli kamikadze dronunun Xarkov və Kramatorsk istiqamətində uçuşu qeydə alınıb. Ekspertlər hücum təhlükəsinin hələ də aktual olduğunu bildirir.

