
ABŞ hakimiyyəti Ukrayna münaqişəsində iştirak edən hər iki tərəfin prioritetlərini və “qırmızı xətlərini” yaxşı anlayır.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubiо açıqlayıb.
“Bu prosesdə on ay ərzində iştirakımızın mühüm tərəflərindən biri tərəflərin prioritetlərini və qırmızı xətlərini yaxşı başa düşməyimizdir”, – Rubio qeyd edib.

