
Bakı. Trend:
ABŞ Ukraynadakı münaqişə tərəflərinin prioritetlərini və qırmızı
xətlərini başa düşür.
Trend-in
məlumatına görə, bu barədə jurnalistlərə ABŞ dövlət katibi Marko
Rubio deyib.
“10 ay ərzində bu prosesdə iştirak etməyin aspektlərindən biri
prioritetləri və qırmızı xətləri, eləcə də hər iki tərəfin vacib
məsələlərini yaxşı başa düşməkdir”, – deyə o bildirib.
M.Rubio noyabrın 23-də görüşdən sonra keçirilən mətbuat
konfransında bildirib ki, ABŞ Cenevrədə keçirilən Ukrayna
münaqişəsinin həlli ilə bağlı danışıqları təmaslar tarixində ən
məhsuldar danışıqlar hesab edir.
“Düşünürəm ki, bu gün buna dəyərdi. Bu, yəqin ki, bu məsələ ilə
bağlı keçirdiyimiz ən məhsuldar gün idi”, – Rubio dedi.

