
Bakı. Trend:
ABŞ və Böyük Britaniya Ukraynadakı münaqişəyə son qoymaq üçün
bütün tərəflərin birgə işləməsinin vacibliyini vurğulayıblar.
Trend-in məlumatına görə, bu barədə Birləşmiş Krallıq ABŞ və
Böyük Britaniya liderləri Donald Tramp və Keyr Starmer arasında
telefon danışığından sonra verdiyi açıqlamada bildirib.
“Onlar ədalətli və davamlı sülhə nail olmaq üçün bu həlledici
anda hamımızın birlikdə çalışmalı olduğumuz barədə razılığa
gəldilər”, – deyə bildirilib.
Tramp və Starmer həmçinin Cenevrədə keçirilən Ukrayna üçün
Amerika sülh planı ilə bağlı danışıqların müxtəlif aspektlərini
müzakirə ediblər.

