Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir

Baş səhifə

Şuşa. Trend:

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə
Şuşa şəhərində Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa
Forumu keçirilir.

Trend xəbər
verir ki, forumda iki ölkənin aparıcı analitik qurumlarının
rəhbərləri, tədqiqatçılar iştirak edir. Regional təhlükəsizlik,
xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və
enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə
mövzuları olacaq.




Forum BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə
Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar
Mərkəzinin (SAM) sədri Polat Safinin nitqləri ilə başlayacaq.
Açılış nitqlərində əsas diqqət Azərbaycan-Türkiyə strateji
müttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonunda
institusional əsaslarının və konstruktiv rolunun daha da
gücləndirilməsinin vacibliyi ilə bağlı tezislərə yetiriləcək.
Daha sonra “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas
trendlər və əməkdaşlıq imkanları”, “Azərbaycan-Türkiyə
əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya
perspektivləri”, Azərbaycan-Türkiyə əməkdaşlığında
nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı amilləri”
mövzularında panel sessiyalar keçiriləcək.

Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin
mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi,
ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji
təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir