
Bu gün saat 10:00-dan etibarən “Tbilisi prospekti” ölçü qovşağının girişində yaranmış sızmanın ləğv edilməsi məqsədilə qaz təchizatı dayandırılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Bakının Binəqədi rayonunun 6, 7 və 9-cu mikrorayonlarının, Motodrom, Varovski və Xutor yaşayış massivlərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin bir hissəsinin, Y.Hüseynov, X.Natavan, Q.Süleymanov, T.Şevçenko, L.Tolstoy, Ə.Qasımov, R.İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

