
Bakı.Trend:
Avtobus sürmək çox gözəl hissdir. Təlimlərdən, “Bakubus”
komandasınsan çox razıyam.
Bunu Trend-ə
açıqlamasında bu gün avtobus sürücüsü kimi fəaliyyətə başlayan Rəna
Cəfərova deyib.
O bildirib ki, təlimlər peşəkar şəkildə keçirilib.
“Bundan öncə avtobus sürməmişəm, 20 ildən çox sürücülük təcrübəm
var. Xanımlar daha səliqəli sürücülük edirlər. Sayımız artsa, daha
yaxşı olar. İxtisasım İnformatika müəlliməliyidir. Avtobus sürmək
uşaqlıq arzum olub. AYNA və “Bakubus” rəhbərliyinə təşəkkür
edirəm”.

