Avstriya Azərbaycandan neft idxalını 2 dəfədən çox artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Avstriyaya
ümumilikdə 88 milyon dollar dəyərində 177,5 min ton bitumlu
süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40, 1
milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur, həcm baxımından isə 91,6
min ton və ya 2,1 dəfə artımın olduğu anlamına gəlir.




Cari ilin ilk doqquz ayı ərzində Azərbaycandan Avstriyaya
ümumilikdə 47,9 milyon dollar dəyərində 85,9 min ton bitumlu
süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac olunub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
10,9 milyard dollardan çox dəyərdə 20,8 milyon tona yaxın xam neft
və neft məhsulları ixrac edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir