Levandovski “Barselona”nın təklifinə cavab verdi

Baş səhifə

“Fənərbaxça” “Barselona”nın futbolçusu Robert Levandovskinin xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” “Barselona”da müntəzəm oynaya bilməyən futbolçuya təklif göndərib. “Hürriyet” qəzetinin məlumatına görə, “Fənərbaxça” hücumçuya bir il yarımlıq müqavilə təklif edib. İddialara görə, Levandovski “Fənərbaxça”dan iki il yarımlıq müqavilə istəyib. Bildirilir ki, 2026-cı il Dünya Kubokunda oynamaq istəyən ulduz hücumçu mövsümün fasiləsində “Barselona”dan ayrıla bilər.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm 9 La Liqa və 3 Çempionlar Liqası matçında iştirak edib, 569 dəqiqə meydanda olub və 7 dəfə fərqlənib. Robert Levandovskinin “Barselona” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir