Türkiyə əhalisinin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin oktyabr ayına olan göstəriciyə görə, Türkiyə
Respublikasında əhalinin rəsmi sayı 85 milyon 980 min 654 nəfər
olub.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin Dövlət Statistika Qurumu məlumat
yayıb.




Bildirilib ki, 2024-cü ilin sonunda əhali sayı 85 milyon 664 min
944 nəfər idisə, cari ilin ilk 9 ayı ərzində 315 min 710 nəfər
artım qeydə alınıb.

Həmçinin vurğulanıb ki, əhalinin 50,02 faizini (43 milyon 3770
nəfər ) kişilər, 49,98 faizini (42 milyon 976 min 884 nəfər ) isə
qadınlar təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir