Qırğızıstanın keçmiş prezidenti Atambayevin oğlu həbs olunub

Baş səhifə

Qırğızıstanda keçmiş prezident Atambayevin oğlu və tərəfdaşları kütləvi iğtişaşların təşkilinə hazırlıq ittihamı ilə həbs olunub.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu ittihamla 10 nəfər saxlanılıb.

DİN bildirib ki, saxlanılanlara kütləvi iğtişaşların təşkilinin hazırlığı ittihamı irəli sürülüb. İstintaqın versiyasına görə, “saxlanılanlar seçkilərin nəticələrinin açıqlanmasından sonra ölkə üzrə, əvvəlcə cənub bölgəsində, sonra isə Bişkek və rayonlarda mitinqlər keçirməyi, geniş narazılıq təsiri yaratmağı planlaşdırırdılar. Onların planına konstitusiyaya zidd çağırışlar, həmçinin inzibati binaların, televiziya kanallarının, hüquq-mühafizə orqanlarının obyektlərinin, silahların və penitensiar sistemin müəssisələrinin ələ keçirilməsi daxil idi”.

Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının “silah, sursat, qumbaralar, rabitə vasitələri, maliyyələşdirmə sənədləri, fəaliyyət planları, narkotik vasitələr, həmçinin 150 min dollar məbləğində pul” aşkarlayıb götürdüyü qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir