Azərbaycan–Türkiyə münasibətlərinin hərbi istiqamətdə daha da güclənməsi xüsusi önəm daşıyır – Əsma Özdaşlı

Baş səhifə

Şuşa. Trend:

Regional çağırışların artdığı bir dövrdə Azərbaycan–Türkiyə
münasibətlərinin hərbi istiqamətdə daha da güclənməsi xüsusi önəm
daşıyır. İki ölkə arasındakı əməkdaşlıq təkcə siyasi və iqtisadi
sahələrdə deyil, təhlükəsizlik və müdafiə sahəsində də nümunəvi
model yaradıb.

Trend-in bölgə
müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan-Türkiyə Beyin
Mərkəzlərinin Birinci Şuşa Forumunda İsmayıl Qaspiralı Xarici Siyasət
İnstitutunun direktoru Əsma Özdaşlı bildirib.

“Azərbaycanın və Türkiyənin münasibətləri klassik beynəlxalq
qonşuluq çərçivələrinin fövqünə çıxıb, dostluq və qardaşlıq
prinsipləri formalaşıb. Bu ideyanın təməli Mustafa Kamal Atatürkün
“Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” ifadəsi
və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisləri ilə
möhkəmlənib.

Yaxın Şərq, Sudandakı qarşıdurmalar, Ukrayna müharibəsi kimi
qlobal gərginliklər fonunda Türkiyənin müdafiə sənayesinin
güclənməsi və müasir silah sistemlərinin inkişaf etdirilməsi bölgə
üçün önəmli amilə çevrilib. Türk SİHA-larının bir çox münaqişə
bölgəsində səmərəli şəkildə istifadə olunması bu sahədə Türkiyənin
qlobal mövqeyini daha da artırıb. Türkiyənin müdafiə sənayesində
əldə etdiyi uğurların əsas səbəblərindən biri silah və hərbi
texnika baxımından xarici asılılığı minimuma endirmək siyasətidir.
1974-cü ildə Kipr əməliyyatından sonra tətbiq edilən embarqolar və
digər məhdudiyyətlər Türkiyənin milli müdafiə sənayesinin
gücləndirilməsi istiqamətində dönüş nöqtəsi olub.

Bəzi dairələrin Azərbaycan–Türkiyə münasibətlərinə fərqli
yanaşmaları olsa da, iki ölkənin möhkəm əməkdaşlığı regionda
sabitlik üçün müsbət nümunədir. Türkiyənin Suriya və İraqa həyata
keçirdiyi əməliyyatlar da bu hərbi və təhlükəsizlik modelinin
genişmiqyaslı tətbiqi kimi dəyərləndirilir. hər iki ölkənin müdafiə
qabiliyyəti durmadan artır və bu proses tarixi bağlar, ortaq
dəyərlər və güclü siyasi iradə ilə dəstəklənir”, – Əsma Özdaşlı
qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir