Azərbaycan XİN Türkiyəni COP31-ə ev sahibliyi etmək üçün seçildiyinə görə təbrik edib

Baş səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni COP31-ə ev sahibliyi etmək üçün seçildiyinə görə təbrik edib.

APA xəbər verir ki, bu barədə nazirlik X-də paylaşım edib.

“Qardaş Türkiyəni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP31) Tərəflər Konfransının 31-ci sessiyasına ev sahibliyi etmək üçün seçildiyinə və Avstraliyanı Danışıqlar üzrə Prezident seçilməsi münasibətilə ürəkdən təbrik edirik. COP29-un Prezidenti olaraq, Azərbaycan bu vacib missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün səylərini əsirgəməyəcək. Hər iki ölkəyə uğurlar arzulayırıq və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcək”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir