Hibrid və ideoloji təhdidlər – Ekspertlər “Baku Network” platformasında (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

“Bakı Şəbəkəsi” (“Baku Network”) Təhlil və Araşdırmalar İctimai
Birliyinin təşkilatçılığı ilə növbəti dəyirmi masa keçirilib.
Azernews.az onlayn qəzetinin baş redaktor müavini Elnur
Ənvəroğlunun moderatorluğu ilə baş tutan dəyirmi masada hibrid və
ideoloji müharibələr, xaricdən gələn zərərli təsirlər və təhdidlər,
saxta xəbərlər, süni intelekt vasitəsilə həyata keçirilən savaşlar
müazakirə edilib. E.Ənvəroğlu bildirib ki, bu gün top-tüfəngsiz
müharibəyə qədəm qoymuşuq: Bu, informasiya müharibəsidir. Hazırda
böyük dövlətlər informasiyanı kiçik dövlətlərə qarşı silah kimi
istifadə edir.

Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr
komissiyasının sədri, əməkdar jurnalist Müşfiq Ələsgərli qeyd edib
ki, informasiya müharibəsini daha sərt, qəddar formada aparmaq üçün
yeni mexanzimlər ortaya çıxıb: Bundan öncə ənənəvi media ilə
informasiya müharibəsi aparılırdısa, bu gün onları rəqəmsal
platformalar əvəz edib. Həmin rəqəmsal platformalar imkan verir ki,
dezinformasiyalar hər bir evə çatsın. Ümumiyyətlə dünyada istehsal
olunan informasiyaların 80%-i saxta informasiyalardan ibarət olur.
Yanlış xəbərlərin 66%-i sosial şəbəkələr üzərindən yayılır.

Siyasi ekspert Murad Sadəddinov isə deyib ki, bütün dövrlərin öz
informasiya aləti olub: Ötən dövrdə bu vərəq-kağız idi. Hazırda isə
hər birimizin əlində olan telefonlardır. Telefonlarımız qısa
müddətdə böyük kütləni ələ əla bilir. Süni itellektlə bağlı bugün
Azərbaycana qarşı böyük təbliğat kompaniyaları aparılır. Biz həmin
materiallara baxdığımız zaman onun süni itellekt məhsulu olduğunu
anlaya bilirik. Deməli digərlərinin də bundan agah olmasına
çalışmalıyıq, bununla bağlı bir mexanizm hazırlanmalıdır.




Daha sonra “Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai
Birliyinin rəhbəri Elçin Alıoğlu çıxış edib: İnformasiya
müharibəsində İsrailin təcrübəsindən yararlana bilərik.

İsraildə xüsusi proqram var ki, ölkə əleyhində yayılan yanlış
informasiyaları dərhal tapır və dövlətin mənafelərinə zidd xəbər
kimi qeydə alır. İsraildə bəzi hallarda wifi kəsilir və xüsusi
proqramla gps vasitəsilə 100-200 hətta 1 kilometr məsafəyə
xəbərləşmə təmin edilir. Əsas məsələ gps-dir. Buna görə Çinlilər və
ruslar yeni gsp-siz proqramlar yaradıblar. Maksimum 5 ildən sonra
telekanallar da qəzet kimi köhnə media sayılacaq. Hazırda qərb
mediası faktdan emosional jurnalistikaya keçid edib. Trend BİA-nın
direktor müavini, siyasi şərhçi Sahil Kərimli isə vurğulayıb ki,
cəmiyyətin doğru informasiya ilə təmin olunmasında həm yerli
telekanalların, həm yerli media qurumlarının, hətta qəzetlərin
böyük rolu var: Azərbaycana qarşı aparılan informasiya savaşı illər
öncə daha çox qərəzli mövqe və qaralama ilə seçilirdi. Zaman
keçdikcə həmin dairələr gördülər ki, Azərbaycana qarşı bu təzyiq
işləmir. Bundan sonra həmin dairələr hibrid savaşa keçdilər. Hibrid
savaş süni intellekt vasitəsilə həyata keçirilir və təhlükəli
tendensiyadır. Amma inanmıram ki, Azərbaycan əhalisinin əksəriyyəti
süni intellektlə hazırlanan saxta görüntü və xəbərləri doğru
bilsinlər. Gələcəkdə də süni intellekt vasitəsilə Azərbaycana qarşı
hər hansı təhlükəli nələrsə hazırlanacaqsa, cəmiyyət buna hazır
olmalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir