
Bakı. Trend:
Avropa İttifaqından və ya ABŞ-dan heç kim gəlib Gürcüstanın
maraqlarını müdafiə etməyəcək – bunu yalnız gürcü xalqı özü edə
bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik
Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bəyan
edib.
“Mən dəfələrlə demişəm və bir daha təkrar edirəm – heç kim elə
düşünməsin ki, bizim maraqlarımızı müdafiə etmək üçün kim isə
Avropadan və ya Amerikadan bura gələcək. Hər kəsin öz marağı var,
hamı öz ölkəsi barədə düşünür və təbii ki, biz gürcülər ilk növbədə
öz ölkəmiz, xalqımız və gələcəyimiz haqqında düşünməliyik”, – deyə
Kaladze jurnalistlərə bildirib.
O, Qərb ölkələrinin Gürcüstan hakimiyyətini Rusiyaya qarşı
sanksiyalar tətbiq etməyə çağırmasından da söz açıb.
“Yadınızdadır, bizi necə tənqid edir, açıq şəkildə hədələyir,
qətnamələr qəbul edir, sanksiya tətbiq etməyə çağırırdılar ki,
bununla öz ölkəmizə, iqtisadiyyatımıza və xalqımıza zərər vuraq,
onlar isə bundan faydalansınlar. Bu, adi ikili standartlardır. Hamı
öz marağından çıxış edir”, – deyə siyasətçi əlavə edib.

