
Bakı. Trend:
“Arsenal”ın yarımmüdafiəçisi Ebereçi Eze İngiltərə Premyer
Liqasının tarixinə düşüb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, o, bunu 12-ci turun “Tottenhem”lə
matçında 3 qol vurmaqla bacarıb.
Beləliklə, 27 yaşlı futbolçu çempionat tarixinin 400-cü
het-trikinin müəllifi olub. Həmçinin ingiltərəli oyunçu Premyer
Liqa matçında ən azı 3 qol vuran 23-cü “Arsenal” futbolçusudur.
Qeyd edək ki, sözügedən görüşdə “Arsenal” “Tottenhem”ə 4:1
hesabı ilə qalib gəlib.

