Roma Papası Gürcüstana dəvət olunub

Baş səhifə

Roma Papası XIV Leo Gürcüstana səfərə dəvət olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Vatikanda jurnalistlərə bildirib.

O, Roma Papasının Gürcüstana səfərinin çox mühüm olacağını qeyd edib.

“Gələn il Gürcüstanda xristianlığın qəbulunun 1700-cü ildönümü qeyd ediləcək və bu baxımdan Roma Papasının ölkəmizə səfəri çox maraqlı olardı. Mən dəvətnaməni Roma Papasına təqdim etdim. Ümid edirik ki, o, Gürcüstana səfər edəcək”, – Kobaxidze əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir