
Hollivud və Avropa kinolarının tanınmış siması, 270-dən çox filmdə rol almış alman aktyoru Udo Kier 82 yaşında vəfat edib.
APA xəbər verir ki, bu barədə aktyor Delbert Makbрayd məlumat verib.
Kier ilk diqqətəlayiq rolunu 1970-ci ildəki avstriyalı qorxu filmi “Şeytanın möhürü” filmində oynayıb. Sonradan məşhurluq qazandığı filmlər, sənətçi Andy Warhol ilə birgə çalışdığı “Frankenşteynin bədəni” (1973) və “Drakula üçün qan” (1974) olub.
“Mənim şəxsi Ştatım: Aydaho” (1991) adlı kult filmindəki rolundan sonra Kier tez-tez Hollivudun böyük büdcəli filmlərinə dəvət edilib.
Onun sonuncu filmi 2025-ci ildəki “Gizli agent” adlı triller olub.

