Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması prosesində irəliləyiş mümkündür – Tramp

Baş səhifə

Bakı. Trend:

Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması prosesində
irəliləyiş mümkündür.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz
“Truth Social” sosial şəbəkəsində yazıb.




“Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında böyük
irəliləyiş həqiqətən mümkündürmü? Özünüz bunu görməyənə qədər
inanmayın, bununla belə, bəlkə də, nəsə yaxşı bir şey baş verir”,-
Tramp yazıb.

Qeyd edək ki, noyabrda 23-də Cenevrədə ABŞ, Avropa və Ukrayna
nümayəndələrinin iştirakı ilə Ukrayna üçün sülh planının
müzakirəsinə dair danışıqlar başa çatıb. Görüşün yekununda ABŞ
dövlət katibi Marko Rubio bildirib ki, sənədin hazırkı versiyasının
çox məhsuldar olduğunu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir