Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən
çox sakin məskunlaşıb. Bir neçə yaşayış məntəqəsində təmir-bərpa
işləri davam etdirilir.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, bu fikirləri noyabrın 24-də Xankəndi
şəhərində “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Səyyar
Gənclər Xidməti” layihəsinin Qarabaq Universitetində keçirilən
tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi
nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov səsləndirib.

O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa
işlərinin sürətlə davam etdiyini, regionda infrastruktur
layihələrinin də intensiv şəkildə həyata keçiridiyini, yeni
avtomobil və dəmir yolları, hava limanları, elektrik və su
təchizatı sistemlərinin qurulduğunu vurğulayıb.




Sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədilə
həyata keçirilən sosial-iqtisadi dəstək proqramları çərçivəsində
insanlara yeni iş imkanları yaradılıb.

Bundan başqa gənclərin sosial fəallığının və təhsilinin ölkənin
davamlı inkişafı üçün vacibliyini qeyd edən S.Qəhrəmanov,
Xankəndidə yerləşən Qarabağ Universitetinin bölgənin intellektual
və sosial inkişafında xüsusi rol oynadığını vurğulayıb. Hazırda
universitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlif
sosial-innovativ layihələrdə iştirak edirlər.

Qeyd edilib ki, bölgənin davamlı inkişafı və sakinlərin öz doğma
torpaqlarına qayıdışı məsələsi dövlətin prioritet vəzifələrindən
biridir və bu tədbir də regionda gənclərin inkişafı, həm də
gələcəkdəki sosial layihələr üçün mühüm bir addımdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir