
Bakı.Trend:
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin
əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti əməliyyat
zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum
olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan
Abdullayev saxlanılıblar.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, onlardan ümumilikdə 28 kiloqram 200 qram
tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq niyyəti
ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Narkotiklərin dövriyyəsində
T.Əhmədzadə və O.Abdullayevlə əlbir olan digər şəxslərin də müəyyən
olunması istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

