SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin noyabr ayında “Sustainable Fitch” Beynəlxalq Reytinq
Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinə ( SOCAR) bu agentlik
tərəfindən ilk dəfə ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi
təqdim edib və şirkətin ümumi göstəricisini “3” səviyyəsində
qiymətləndirib.

Trend bu
barədə SOCAR-a istinadən xəbər verir.

Bu nəticə SOCAR-ın ESG istiqamətləri üzrə sabit və yetkin
fəaliyyətini əks etdirir, həmçinin şirkətin güclü risklərin
idarəedilməsi bacarığına əlavə olaraq emissiyaların azaldılması
hədəflərini ətraf mühitə təsir, müxtəliflik və idarəetmədə
şəffaflıq sahələrində də mövcud çağırışlarla balanslaşdırmaq
bacarığını nümayiş etdirir.

Şirkətin dekarbonizasiya hədəfləri, sosial profilinin sabitliyi
və effektiv risklərin idarəetmə sistemi reytinqin verilməsində əsas
amillər kimi qeyd olunub. Bununla yanaşı, SOCAR-ın beynəlxalq ESG
hesabatlılığına inteqrasiya prosesi reytinqin alınmasına müsbət
təsir göstərən əsas məqamlardandır. “Sustainable Fitch” Beynəlxalq
Reytinq Agentliyinin bu qiymətləndirməsi SOCAR-ın dayanıqlı inkişaf
sahəsində əldə etdiyi nailiyyətləri və şirkətin uzunmüddətli
strateji hədəflərinin beynəlxalq investorların gözləntiləri ilə
uyğunluğunu əks etdirir.

Xatırladaq ki, SOCAR ötən il öz ESG hədəflərinə sadiqliyini
nümayiş etdirərək “MSCI” Beynəlxalq Reytinq Agentliyi tərəfindən
Xəzər regionunda BBB səviyyəsində ESG reytinqi əldə edən ilk enerji
şirkəti olub.

Eyni zamanda, neft və qaz bazarlarında qiymət dalğalanması və
əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, sağlam maliyyə
göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın
gücləndirilməsi SOCAR-ın tarixində ilk dəfə olaraq iki investisiya
oluna bilən kredit reytinq (“Fitch” reytinq agentliyindən BBB- və
“Moody`s” reytinq agentliyindən Baa3) dərəcəsi əldə etməsinə təkan
verib.




Qeyd edək ki, “Sustainable Fitch Ratings” qlobal səviyyədə bütün
aktiv bazarlara Ekoloji, Sosial və İdarəetmə (ESG) göstəricilərinin
qiymətləndirilməsi üçün həll təqdim edir və beynəlxalq maliyyə
bazarlarında daha dəqiq və məlumatlı qərarlar qəbul edilməsində
kömək edir.

“Sustainable Fitch Ratings” təşkilatın ekoloji və sosial
amilləri öz biznesinə, strategiyasına və idarəetməsinə inteqrasiya
etmə səviyyəsini, eləcə də ümumi

fəaliyyətini, öhdəliklərini və idarəetmə effektivliyini
qiymətləndirir. Reytinqlər “1”-dən “5”-ə qədər şkala üzrə təqdim
olunur (burada “1” ən yüksək, “5” isə ən aşağı göstəricidir).

“Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyi-nin tam
açıqlaması ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.sustainablefitch.com/corporate-finance/sustainable-fitch-affirms-socar-entity-rating-at-3-11-11-2025

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir