
Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə razılıq verilib.
Bu barədə “APA-Economics” Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Bununla yanaşı, Agentlik Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin balansına verilməsinə də razılıq verib.

