Zelenski: Ukrayna nümayəndə heyəti bu axşam mənə hesabat verəcək

Baş səhifə

Cenevrədə baş tutan danışıqların nəticələri barədə nümayəndə heyəti bu axşam hesabat verəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat yerləşdirib.

Zelenski bu məlumat əsasında gələcək addımların müəyyən ediləcəyini və iş planının hazırlanacağını açıqlayıb.

O, Kiyevin Avropa və digər beynəlxalq müttəfiqlərlə əlaqəli fəaliyyəti davam etdirəcəyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir