
“Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, qeyri-formal məşğul şəxslər icbari tibbi sığortahaqqını özləri ödəyəcək. Ödənişin miqdarı aylıq təxminən 16 manat məbləğində olacaq. Bəs bu mexanizm necə işləyəcək? İşsiz şəxslərin siyahısı necə əldə olunacaq?
İcbari Tibbi Sığorta Agentliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta haqqının toplanılması “Tibbi sığorta haqqında” Qanunla tənzimlənir və bu sahədə qərarlar qanunverici orqan tərəfindən qəbul olunur:
“İşsiz şəxslərin kimliyi və həmin kateqoriyaya aid olan şəxslərin bazası da Agentlik tərəfindən formalaşdırılmır. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxildir. Agentliyin fəaliyyət istiqaməti Xidmətlər Zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin maliyyələşdirilməsini təmin etməkdir”.
Sevinc İbrahimzadə / Metbuat.az

