Mədəniyyət Nazirliyi mədəni irs üzrə xidmətlərin elektronlaşdırılmasını genişləndirir

Baş səhifə

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf
strategiyası (2024-2026) (“e-Culture” Strategiyası) çərçivəsində
mədəniyyət sahəsinin müxtəlif klasterlərdə rəqəmsallaşdırılması
üzrə işlər uğurla davam etdirilməkdədir.

Trend xəbər verir ki, Bu
xüsusda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mədəni
irsin qorunması sahəsində bir sıra xidmətləri elektron formata
keçirilib və müraciətlər artıq Mədəniyyət Nazirliyinin “MyCulture”
(https://my.culture.az) vahid şəxsi kabineti üzərindən
qəbul olunur. Proseslərin sadələşdirilməsi, operativliyin
artırılması və rəqəmsal həllər tətbiq etməklə istifadəçilərin
məmnunluq səviyyəsinin yüksəldilməsi baxımından xidmətlərin
elektronlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıq
işlərinin aparılmasına razılığın verilməsi, inşaat və digər
təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri
aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər
təsərrüfat işlərinin aparılmasına icazənin verilməsi, daşınmaz
tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın
verilməsi, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət
abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya
qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılığın
verilməsi, xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyət
abidələrinin və onlara aid yaşayış və qeyri-yaşayış sahələrinin
icarəyə verilməsinə razılığın verilməsi, daşınmaz tarix və
mədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərində
bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər
işlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi üzrə
müraciətlər “MyCulture” (https://my.culture.az) şəxsi kabineti üzərindən
elektron təqdim olunur.




İstifadəçilər şəxsi kabinetinə daxil olaraq şəxsi hesab yarada,
bir pəncərə prinsipi əsasında mədəniyyət sahəsində xidmətlərdən
istifadə edə, müraciət və təkliflər göndərə, elanlarla tanış ola,
müraciətlərin statusunu izləyə bilər.

Elektronlaşdırılan xidmətlərdən biri də “Daşınmaz tarix və
mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi”
xidmətidir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, xüsusi
mülkiyyətdə olan abidələr satılarkən mülkiyyətçi bu barədə
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidmətinə məlumat verməlidir.

Qeyd olunan xidmətin timsalında dövlət mühafizəsinə götürülmüş
daşınmaz tarix və mədəniyyət abidələrinin mülki dövriyyəsi
(alqı-satqı, bağışlama) ilə əlaqədar proseslərin rəqəmsal mühitə
daşınması ilə operativliyin təmin edilməsi, prosesin elektron
formada izlənməsi, vaxt itkisinin qarşısının alınması və
istifadəçilərin məmnunluq səviyyəsinin yüksəldilməsi təmin
ediləcəkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir