
Bakı. Trend:
Kanadanın Yeni Şotlandiya əyalətinin Pictou şəhərində keçirilən
“Multicultural Fusion” (“Multikultural birləşmə”) festivalında
Azərbaycan təmsil olunub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, Kanadada yaşayan soydaşımız, diasporumuzun fəalı
Müşfiqə Quliyeva ölkəmizin zəngin mədəni irsi, adət-ənənələri və
milli mətbəxi barədə iştirakçılara ətraflı məlumat verib.
Azərbaycan stendinə yaxınlaşan ziyarətçilər mədəniyyətimiz haqqında
dolğun məlumatları heyranlıqla dinləyiblər, mətbəximizin ləziz
təamlarını dadmaq imkanı əldə ediblər.
Müxtəlif ölkələrin mədəniyyətlərini tanıdan festivalda
Azərbaycanın zəngin mədəni irsi maraqla qarşılanıb.

