Aİ-nin Şərq cinahının ilk sammiti gələn ay Helsinkidə keçiriləcək

Baş səhifə

Finlandiya Baş naziri Petteri Orpo Avropa İttifaqının Şərq cinahına aid yeddi üzv dövlətin liderlərini 16 dekabrda Helsinkidə keçiriləcək sammitə dəvət edib.

APA xəbər verir ki, bu barədə Finlandiya hökumətinin Kommunikasiya Departamenti məlumat yayıb.

Sammit Avropanın təhlükəsizliyi və müdafiə qabiliyyəti, xüsusilə Aİ-nin şərq sərhədləri üzrə təhdidlər mövzusuna həsr olunacaq.

Tədbirdə iştirak edəcək liderlər arasında İsveç Baş naziri Ulf Kristersson, Estoniya Baş naziri Kristen Mihal, Latviya Baş naziri Evika Silinya, Polşa Baş naziri Donald Tusk, Bolqarıstan Baş naziri Rosen Jelyazkov, Rumıniya Prezidenti Nikuşor Dan və Litva Prezidenti Qitanas Nauseda yer alacaq.

Baş nazir Petteri Orpo bildirib ki, sammit təhlükəsizlik təhdidlərinin dərin müzakirəsi üçün imkan yaradacaq və eyni zamanda, Şərqi Avropadakı ölkələr müdafiə və sərhəd idarəçiliyi sahəsində əməkdaşlığı daha da gücləndirə biləcəklər.

Dəvət olunan liderlər arasında Macarıstan və Slovakiyanın Baş nazirləri və prezidentləri yoxdur, halbuki bu ölkələr də Şərq cinahının üzvüdür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir