Marneulidə ilin yekununa həsr olunan idman yarışı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Marneulidə ilin yekununa həsr olunan genişmiqyaslı peşəkar idman
yarışı uğurla başa çatıb. Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin və Marneulidəki Azərbaycan Evinin dəstəyi,
“Qafqaz Arena”nın təşkilatçılığı ilə keçirilən turnirdə 5 ölkədən
30-a yaxın peşəkar idmançı iştirak edib.

Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən
“Qafqaz Arena”nın rəhbəri Yavər Məmmədov, məşqçi İbrahim Məmmədov,
Avropa və dünya çempionu Alim Nəbiyev və digərləri yarışın əsas
məqsədinin gənclərin idmana marağının artırılması, sağlam həyat
tərzinin təbliği və idmançılar arasında rəqabət mühitinin
gücləndirilməsi olduğunu diqqətə çatdırıblar.

Yarışlar idmanın 4 növü – Kinqboksinq, MMA, Boks və Maytay
(Tayland boksu) üzrə təşkil edilib. Azərbaycan, Türkiyə, İran və
Gürcüstanın müxtəlif bölgələrindən qatılan idmançılar yaradılan
yüksək şərait və peşəkar təşkilatçılığa görə təşəkkürlərini
bildiriblər. Onlar bu cür yarışların regionda idmanın inkişafına
mühüm töhfə verdiyini vurğulayıblar.




Azərbaycan Evinin rəhbəri Məhəbbət İmanov çıxışında yarışların
komitənin tərəfindən dəstəkləndiyini qeyd edib. Azərbaycan Evinin
də yüksək səviyyəli idman turnirlərinin keçirilməsinə hər zaman
təşkilati dəstək göstərdiyini söyləyib. O həmçinin qeyd edib ki,
Azərbaycan Evinin arenası beynəlxalq standartlara cavab verdiyi
üçün burada həm müxtəlif idman növləri üzrə Gürcüstan
çempionatları, həm də beynəlxalq turnirlər keçirilir.

Yarışın sonunda qalib idmançılar kuboklarla təltif
olunublar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir