Ali Radanın sədri: Müharibə Ukrayna Krımı geri qaytardıqda bitəcək

Baş səhifə

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk “Rusiyanın müvəqqəti işğal etdiyi Krımın Ukraynaya qaytarılacağı zaman müharibənin sona çatacağını” bildirib.

APA Ukrayna mediasına istinadən xəbər verir ki, o, bunu İsveç Krallığının Riksdaqını spikeri Andreas Norlen ilə birgə mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, tərəfdaşlar Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər.

“Dünyanın hər yerindən və bütün qitələrdən təxminən 70 parlament nümayəndə heyəti burada İsveçdə iştirak etdi və Krım, Ukrayna, demokratiya haqqında danışdı”, – Stefançuk qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir