
Bakı. Trend:
Tailandın cənubundakı Sonqxla əyalətində daşqınlarla bağlı
vəziyyətin daha da kəskinləşməsi səbəbindən Hatyay şəhər
sakinlərinin təcili təxliyə olunmalarına göstəriş verilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, şəhərdə təxminən 160 min nəfər yaşayır. Noyabrın
21-də yağan leysan yağışlarla əlaqədar yerli çaylarda su
səviyyəsinin kəskin artımı gözlənilir. Əyalətin 16 rayonu hökumət
tərəfindən təbii fəlakət zonası elan edilib.
Tailandın cənubunda baş verən təbii fəlakətdən ümumilikdə 635
mindən çox insan zərər çəkib. Bir nəfərin həlak olduğu artıq
dəqiqləşib. Bölgədə yağıntıların ən azı şənbə gününə qədər davam
edəcəyi proqnozlaşdırılır.

