Xəzər dənizi iki yerə bölünəcək – ALİM

Baş səhifə

Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları cavan dağ hesab edildiyindən burada dağəmələgəlmə prosesi başa çatmayıb. Yəni dağəmələgəlmə prosesi davam etdiyindən Xəzərin suyunun çəkilmə prosesini müşahidə edirik. Tektonik proseslər isə uzunmüddətlidir

Modern.az xəbər verir ki, bu sözləri AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Mirnuh İsmayılov deyib.

AMEA əməkdaşı hesab edir ki, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizi ikiyə bölünəcək:

“Yerində iki göl qalacaq. Biri şimal hissədə Dərbənd çökəkliyində, digəri isə cənubda Lənkəran çökəkliyində. Bir daha qeyd edirəm ki, bu, uzun zamandan sonra baş verəcək”. (Mənbə: ölkə.az)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir