
Bakı. Trend:
Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon
danışığı aparıb.
Trend xəbər verir
ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Bildirilib ki, Si Cinpin söhbət zamanı Çin-ABŞ münasibətlərinin
ümumilikdə sabit qaldığını və 30 oktyabrda Busanda keçirilən
görüşdən sonra daha da yaxşılaşdığını vurğulayıb.
O, həmçinin Ukraynada sülhə nail olmaq üçün göstərilən bütün
səyləri dəstəklədiyini qeyd edib.

