
Bakı. Trend:
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının 1/8 final
mərhələsində ilk oyununu keçirib.
Trend xəbər verir
ki, ilk iki raundu uğurla adlayan Azərbaycan çempionu bu mərhələdə
Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan görüş rəqib komandanın 8:0
hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab oyunu dekabrın 5-də keçiriləcək. Cütün
qalibi 1/4 finalda AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya)
duelinin qalibi ilə qarşılaşacaq.

