
Yer kürəsindən 18 işıq ili məsafədə yerləşən M cırtdan ulduzunun zonasında yeni super Yer ekzoplaneti kəşf edilib.
Metbuat.az xəbər verir ki, super Yer kürəsi ABŞ-nin Kaliforniya universitetinin tədqiqatçıları tərəfindən kəşf edilib. “Science Daily”nin məlumatına görə, yeni planetə “GJ 251 c” adı verilib. Bildirilir ki, araşdırmalar yeni planetin Yer kürəsinə bənzər qayalı quruluşa malik ola biləcəyini ortaya qoyub. Həmçinin qeyd edilib ki, planetin səthində suyun mövcudluğu üçün uyğun bir temperatur ola bilər.
Vurğulanıb ki, “GJ 251 c” adlı planet Yer kürəsindən bir neçə dəfə böyükdür və Süd Yolu qalaktikasına nisbətən yaxın bölgədə yerləşir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

