Bu gün Kəlbəcər Şəhəri Günüdür

Baş səhifə

Bakı. Trend:

Bu gün Kəlbəcər Şəhəri Günüdür.

Trend-in
məlumatına görə, Kəlbəcər Şəhəri Günü artıq ikinci dəfədir ki, qeyd
edilir. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də
imzaladığı sərəncama əsasən, noyabrın 25-i Kəlbəcər Şəhəri Günü
kimi təsis edilib.

Bu əlamətdar günün təsis edilməsi Kəlbəcərin Ermənistan silahlı
qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün –
noyabrın 25-i şəhərin erməni işğalçılarından azad edilməsində beş
il ötür.

Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə
etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının
Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya
Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən
noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycan tərəfinə təhvil
verilib.

Beləliklə, noyabrın 25-də işğaldan azad olunan Kəlbəcər rayonu
tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir