Polşa suborbital raketin sınaqlarını uğurla həyata keçirib

Baş səhifə

Bakı. Trend:

Polşa öz istehsalı olan suborbital raketin sınaqlarını uğurla
keçirib.

Trend-in
məlumatına görə, bunu Polşa müdafiə nazirinin müavini Çezari Tomçik
açıqlayıb.




O bildirib ki, Ustkadakı Mərkəzi Hərbi Hava Qüvvələrinin sınaq
poliqonunda Hərbi Texniki Silahlanma İnstitutu, Lodzdakı 1 saylı
Hərbi Təyyarə Zavodu və Qamrat şirkətindən ibarət konsorsium
tərəfindən hazırlanmış üç mərhələli suborbital raket uğurla
buraxılıb.

Nazir müavininin sözlərinə görə, sınaq zamanı qarşıya qoyulan
bütün məqsədlərə nail olunub: raketin mərhələlər üzrə ayrılması,
kosmosda müəyyən edilmiş nöqtəyə istiqamətləndirmə və təyin olunmuş
trayektoriya üzrə uçuş. Raket 65 km hündürlüyə qalxaraq təhlükəsiz
və sabit uçuşunu tamamlayıb və əsas yerli texnologiyaların
işləkliyini təsdiqləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir