
Bakı. Trend:
Asiya Çempionlar Liqasının “Elita” mərhələsində çıxış edən
Təbrizin “Traktor” klubu növbəti oyununu keçirib.
Trend xəbər verir
ki, B qrupunda yer alan klub beşinci turda Özbəkistanın “Nasaf”
klubu ilə qarşılaşıb. Özbəkistanda keçirilən oyun 1:0 hesabı ilə
təbrizlilərin xeyrinə başa çatıb.
Yeganə qolu 17-ci dəqiqədə Regi Luşkiya vurub.
“Traktor” 5 oyundan sonra 11 xalla qrup üçüncüsü mövqeyindədir.
İlk iki yerdə Səudiyyə Ərəbistanının “Əl Hilal” və “Əl Əhli”
klubları qərarlaşıblar.

