ABŞ Rusiyanın da həll planını təsdiqləyəcəyinə ümid edir

Baş səhifə

ABŞ administrasiyası Rusiyanın hazırlanan Ukrayna böhranının həlli planının şərtləri ilə razılaşacağına ümid edir.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

O həmçinin qeyd edib ki, ABŞ hazırda Ukrayna ilə müqavilənin şərtləri üzərində işləyir.

“Əlbəttə ki, bütün bu məqamların razılaşdırıldığına əmin olmalıyıq və əlbəttə ki, bu müharibədəki digər tərəfin, yəni rusların da onlarla razılaşdığına əmin olacağıq”, – o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir