“Ethereum”un qiyməti 4%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bazar kapitallaşması baxımından ikinci ən böyük kriptovalyuta
olan “Ethereum”un qiyməti 4%-dən çox artıb.

Trend bu barədə “Binance” platformasına istinadən məlumat verir.




“Binance”ın məlumatına görə, Bakı vaxtı ilə saat 21:20-də
“Ethereum”un qiyməti 3,13% artaraq 2 876 dollara çatıb. Saat
21:26-ya qədər kriptovalyuta daha da yüksələrək 2 905 dollara
(4,09% artım) qalxıb. Bu arada, Bitkoinin qiyməti 1,06% artaraq 87
694 dollara çatıb.

Qeyd edək ki, “Ethereum” bütün zamanların ən yüksək səviyyəsinə
24 avqust 2025-ci ildə çataraq 4 956,78 dollara yüksəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir